BAKI, 1 iyul. TELEQRAF

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Nehrəm qəsəbəsində tikintisi yarımçıq qalmış 3 nömrəli 522 şagird yerlik tam orta məktəb və 60 yerlik uşaq bağçasının yenidən qurulması və bərpa-gücləndirmə işlərinin davam etdirilməsinə 3 milyon 559 min 568 manat vəsait ayırıb.

Teleqraf xəbər verir ki, bir mənbədən satınalma metodu ilə keçirilmiş tenderdə “APF Tikinti” MMC qalib olub. Beləcə, sözügedən tikinti işləri “APF Tikinti” MMC-yə həvalə olunub.

Müvafiq işlərin görülməsinə iyunun 5-də başlanılıb, gələn ilin iyun ayında bitməyi planlaşdırılır.

Qeyd edək ki, "APF Tikinti" MMC Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərir və layihələndirmə, tikinti - quraşdırma işləri icra edir. Naxçıvan Residence, Rusiyanın Sank-Peterburq şəhərində yerləşən ''Izmailovsky Gostiny Dvor'' ticarət və əyləncə kompleksi və Moskvada yerləşən Nikulinskaya biznes mərkəzi "APF Tikinti" MMC-nin həyata keçirdiyi layihələr arasındadır.