BAKI, 30 iyun. TELEQRAF
Bu ilin yanvar-may aylarında qeyri-neft sektoru üzrə ixrac reallaşdıran şirkətlər arasında “Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC-nin ixracı kəskin azalıb.
Teleqraf İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin təqdim etdiyi "İxrac icmalı"ına istinadən xəbər verir ki, şirkət dövr ərzində 17,4 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 37,6 faiz azdır.
Əlavə olaraq, "Azəralüminium" MMC cari ilin yanvar-may aylarında 54,4 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib. Bu, 2024-cü ilin eyni dövrünə nisbətdə 13,7 faiz azalma deməkdir.
“P-AQRO” MMC-nin isə məhsul ixracında cüzi azalma müşahidə olunub. Belə ki, MMC-nin dövr ərzində məhsul ixracı ötən ilin müvafiq dövrünə nəzərən təqribən 12,8 faiz azalaraq 17 milyon dollar təşkil edib.