BAKI, 30 iyun. TELEQRAF
Bakı şəhərində ümumi inşaat işlərinin 91,7%-ni qeyri-dövlət tikinti müəssisələri yerinə yetirib.
Bu barədə Teleqraf-a Bakı şəhər Statistika İdarəsindən bildirilib.
Məlumata görə, 2025-ci ilin yanvar-may aylarında tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 87%-ni inşaat, yenidənqurma və bərpa, 6,2%-ni əsaslı təmir, 3,5%-ni cari təmir, 3,3%-ni isə sair tikinti işləri təşkil edib.