BAKI, 30 iyun. TELEQRAF

Müdafiə Nazirliyi Azərbaycan Ordusunda istifadə olunan avtomobilləri yeniləyəcək.

Teleqraf xəbər verir ki, nazirlik, bu məqsədlə, avtomobillər üçün ehtiyat hissələrinin alınmasına 2 milyon 530 min 669 manat vəsait ayırmağı planlaşdırır. Hazırda bu işləri həyata keçirəcək şirkət (podratçı) axtarılır.

Qeyd edək ki, tenderdə iştirak etmək istəyən şirkətlər öz təkliflərini iyulun 29-dək təqdim etməlidirlər.