BAKI, 25 iyun. TELEQRAF

Bank sektorunun aktiv və öhdəliklərində artım müşahidə olunub.

Mərkəzi Bankdan Teleqraf-a verilən məlumata görə, 2025-ci ilin may ayı üzrə fəaliyyət göstərən bankların cəmi aktivləri 56 milyard 549,7 milyon manat təşkil edib. Hesabat dövründə bankların cəmi öhdəlikləri 49 milyard 690,3 milyon manat, balans kapitalı isə 6 milyard 859,5 milyon manat olub.

Qeyd edək ki, may ayında bank sektorunun göstəricilərində artım qeydə alınıb. Belə ki, cəmi aktivlər ay ərzində 3,6 faiz, cəmi öhdəliklər isə 4,3 faiz artıb.