BAKI, 21 may. TELEQRAF

ADY Bakı-Ağstafa-Bakı marşrutuna artan sərnişin tələbatını təmin etmək məqsədilə bu xətt üzrə 26, 27, 28 və 29 iyun tarixlərində əlavə qatar reysləri təyin edir.

Teleqraf xəbər verir ki, bu barədə Azərbaycan Dəmir yolları QSC məlumat yayıb.

Bakıdan Ağstafaya gedən reys səhər saat 09:15-də, Ağstafadan Bakıya qayıdan reys isə saat 17:00-da yola düşəcək.

Hərəkət cədvəli və biletlər haqqında məlumatları dəmiryol vağzallarının kassalarından, rəsmi saytdan (www.ady.az), “ADY Mobile” tətbiqindən və ya 7/24 fəaliyyət göstərən 1822 Əlaqə Mərkəzindən əldə etmək mümkündür.