BAKI, 21 iyun. TELEQRAF

“Cəbrayıl, Qubadlı Və Zəngilan Rayonlarında Bərpa, Tikinti Və İdarəetmə Xidməti" Publik Hüquqi Şəxsi Qubadlı rayonunun Mahruzlu kənd üzrə qeyri-yaşayış binalarının, sahədaxili mühəndis kommunikasiya sistemlərinin (su,kanalizasiya,qaz xətləri,elektrik,rabitə şəbəkəsi və kənd daxili yollar) tikinti-quraşdırma işləri ilə bağlı elan etdiyi açıq tenderin təkliflərinin son təqdim olunma və zərflərin açılış tarixini uzadıb.

Teleqraf xəbər verir ki, mayın 6-sı dərc edilən tender üçün təkliflərin son təqdim olunma və zərflərin açılış tarixi iyunun 27-si olub, lakin qurum bu tarixləri iyulun 1-ə qədər uzadıb.

Müvafiq işlərin görülməsi üçün ehtimal olunan qiymət 26 milyon 425 min 192 manatdır.

Qeyd edək ki, təchizatçılar təkliflərini təqdim etmək üçün 3 963 manat iştirak haqqı ödəməlidirlər.