BAKI, 19 iyun. TELEQRAF
Bu ilin yanvar-may aylarında Azərbaycan 42 786 ədəd avtomobil idxal edib.
Teleqraf Dövlət Gömrük Komitəsinin açıqladığı hesabata əsasən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 7 216 ədəd və ya 20,3 faiz çoxdur.
Ölkəyə gətirilən avtomobillərin 39 min ədədi əsasən adam daşımaq üçün nəzərdə tutlan minik avtomobilləri olub. Bundan 767 ədədi elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələridir. Ötən illə müqayisədə elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələrinin idxalı azalıb. Belə ki, 2024-cü ilin müvafiq dövründə 1254 belə avtomobil idxal edilmişdi.
Qeyd edək ki, 2024-cü ilin müvafiq dövründə ölkəyə 35 570 ədəd avtomobil idxal olunmuşdu.