BAKI, 19 iyun. TELEQRAF

Bu ilin may ayında Türkiyədə əcnəbilərə, ümumilikdə, 1 771 ev satılıb. Azərbaycan vətəndaşları isə ötən ay qonşu dövlətdən 75 daşınmaz əmlak alıblar.

Teleqraf Türkiyə Statistika Təşkilatına (TÜİK) istinadən xəbər verir ki, mayda Türkiyənin xaricilərə mənzil satışı əvvəlki ilin eyni ayına görə 14,2 faiz artıb. Yanvar-may ayları ərzində isə əcnəbilərə mənzil satışı ötən ilin eyni dövrü ilə müqayisədə 13,7 faiz azalaraq 7 789 təşkil edib.

May ayında ən çox daşınmaz əmlak Rusiya Federasiyası vətəndaşlarına satılıb (274). İran vətəndaşları isə ötən ay 133 mənzil alaraq siyahıda ikinci yerdə qərarlaşıblar.

Xatırladaq ki, aprel ayında azərbaycanlılar Türkiyədən 59 mənzil alıblar. 2024-cü ildə isə ümumilikdə 866 mənzil alınıb.