BAKI, 10 iyun. TELEQRAF

Ağdam, Füzuli və Xocavənd Rayonlarında Bərpa,Tikinti və İdarəetmə Xidməti Publik Hüquqi Şəxsi “EL&EN” firması ilə müqavilə imzalayıb.

Teleqraf xəbər verir ki, sözügedən firma Ağdam rayonunun Göytəpə kənd yaşayış məntəqəsinin layihələndirilməsini həyata keçirəcək və qarşılığında 1 milyon 85 min 600 manat vəsait alacaq.

Qeyd edək ki, müvafiq işlərə bu ayın 6-dan başlanılıb, gələn ilin yanvarına qədər bitməsi planlaşdırılır.