BAKI, 7 iyun. TELEQRAF
Dövlət Turizm Agentliyi Azərbaycanın bir sıra bölgələrində turistik yol və piyada nişanlamaları və məlumat lövhələri quraşdıracaq.
Teleqraf xəbər verir ki, qurum bunun üçün 273 min 900 manat vəsait xərcləməyi planlaşdırır.
Sözügedən turistik məlumat lövhələrinin və nişanlanmalarının, əsasən, Gəncə şəhəri, Ələt qəsəbəsi, Ağstafa, Tovuz, Şəmkir, Yevlax, Ağdaş, Ucar, Kürdəmir və Hacıqabul rayonlarında quraşdırılması nəzərdə tutulur.
Agentlik müvafiq işlər üzrə tender elan edib və işləri icra edəcək uyğun podratçı axtarışındadır.
Qeyd edək ki, təkliflərin son təqdimolunma tarixi iyulun 3-dür.