BAKI, 5 iyun. TELEQRAF
2025-ci ildə neft sekstoruna investisiyalarda 6% azalma gözlənilir.
Teleqraf xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) dərc etdiyi 10-cu "Dünya Enerji İnvestisiya Hesabatı"nda məlumat verilib.
Bildirilib ki, bu, bu azalma, dünya üzrə COVID-19 böhranının yaşandığı il istisna olmaqla, son on il ərzində ilk dəfə baş verəcək.
Təşkilatın icraçı direktoru Fatih Birolun sözlərinə görə, neft investisiyalarındakı azalma iqtisadi qeyri-müəyyənliklər, aşağı tələbat gözləntiləri və aşağı qiymətlərlə əlaqədardır.
ABŞ Prezidenti Donald Trampın gömrük tarifləri siyasəti qlobal iqtisadiyyatı yavaşlatma təhlükəsi yaratdığı üçün xam neftin qiymətləri aşağı düşüb. Eyni zamanda, OPEC+ isə tələbatın yetərli olduğu bir bazarda istehsalı yenidən artırmaq səylərini gücləndirib.
Beynəlxalq Enerji Agentliyinin 2025-ci ilə dair ilkin proqnozları göstərir ki, neft və təbii qaz xərcləri sabit qalacaq, lakin neft qiymətlərinin təzyiq altında qalması iqtisadiyyata inamı azaldacaq.
Digər tərəfdən, neft xərclərindəki azalma 2025-ci il üzrə enerji sektoruna investisiyaların 4 faiz azalaraq 570 milyard dollardan aşağı olmasına gətirib çıxaracaq.
2025-ci ildə qlobal neft emalı investisiyaları son 10 ilin ən aşağı səviyyəsinə – təxminən 30 milyard dollara enəcək.