BAKI, 5 iyun. TELEQRAF
Neft ABŞ-də benzin və dizel ehtiyatlarının artması, həmçinin Səudiyyə Ərəbistanının iyul ayı üçün Asiyalı alıcılara xam neft qiymətlərini endirməsi nəticəsində ucuzlaşıb.
Teleqraf xəbər verir ki, Londonun ICE birjasında "Brent” markalı neftin fyuçerslərinin qiyməti 0.32% azalaraq 64.65 dollar/barel olub.
Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI markalı neftin 1 barelinin qiyməti 0.51% azalaraq 62.52 dollar təşkil edib.