BAKI, 4 iyun. TELEQRAF

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin 3 çıxışlı Cəbrayıl Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasının tikintisi ilə bağlı elan etdiyi açıq tenderin təkliflərinin təqdim olunması və zərflərin açılış tarixi dəyişdirilib.

Teleqraf xəbər verir ki, qurumun inzibati binasının tikintisi ilə bağlı işlər üçün ehtimal olunan qiymət 3 milyon 383 min 982 manatdır.

Qeyd edək ki, tender üzrə ilkin son tarix 24 iyun olaraq açıqlansa da, sifarişçi təşkilat bu müddəti iyulun 2-dək uzadıb. Tenderdə iştirak etmək istəyən təchizatçılar 1000 manat məbləğində iştirak haqqı ödəməlidirlər.