BAKI, 4 iyun. TELEQRAF

Ağdam, Füzuli və Xocavənd Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti Ağdam şəhəri 5-ci yaşayış massivi, məhəllə O-130 üzrə binaların tikintisi işləri ilə bağlı elan etdiyi açıq tenderin təkliflərinin son təqdim olunma və zərflərin açılış tarixini uzadıb.

Teleqraf xəbər verir ki, şəhərdə binaların tikintisi ilə bağlı işlər üçün ehtimal olunan qiymət 9 milyon 169 min 651 manatdır.

Mayın 7-si dərc edilən tender üçün təkliflərin son təqdim olunma və zərflərin açılış tarixi iyunun 11-i olub, lakin qurum bu tarixləri iyunun 19-na qədər uzadıb. Təchizatçılar təkliflərini təqdim etmək üçün 1500 manat iştirak haqqı ödəməlidirlər.