BAKI, 27 may. TELEQRAF

2025-ci ilin mart ayında manatla yeni verilmiş kreditlər üzrə orta çəkili faizlər 17.9%, xarici valyuta ilə yeni verilmiş kreditlər üzrə isə 7.9% təşkil edib.

Teleqraf Mərkəzi Bankın "Pul Siyasəti İcmalı"-na əsasən xəbər verir ki, ilin birinci rübündə kreditlərin dollarlaşma səviyyəsində azalma meyli davam edib.

Hesabat dövrü ərzində manatla kreditlər 2.1% artarkən, xarici valyutada kreditlər 2.7% azalıb. Xarici valyutada olan kreditlərin ümumi kreditlərdəki payı 0.6 faiz bəndi azalaraq rübün sonunda 14.8%-ə düşüb. Son 1 il ərzində kreditlərin dollarlaşma səviyyəsi 3.7 faiz bəndi aşağı düşüb.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə isə manatla kreditlər 22%, xarici valyutada olan kreditlər isə 6.9% azalıb.