BAKI, 27 may. TELEQRAF

Bu ilin birinci rübündə Mərkəzi Bank tərəfindən 18 müxtəlif müddətli not hərracı baş tutub.

Teleqraf Mərkəzi Bank-ın Pul Siyasəti İcmalına istinadən xəbər verir ki, baş tutan hərraclardan 5-i 28 günlük, 4-ü 84 günlük, 5-i 168 günlük, 4-ü isə 252 günlük notlar üzrə olub.

Xatırladaq ki, ötən ilin birinci rübündə 29 not hərracı keçirilib.

Bu ilin mart ayının sonuna notlar vasitəsilə sterilizasiya olunmuş vəsaitin toplam qalığı isə ötən ilin mart ayının sonu ilə nisbətdə təxminən 24 dəfə azalaraq 48.2 milyon manat təşkil edib.

Onu da bildirək ki, son hərraclarda formalaşan gəlirlilik isə 2024-cü ilin eyni dövrü ilə müqayisədə artıb.

Belə ki, gəlirlilik 28 günlük notlar üzrə 0,16 faiz artaraq 7%, 84 günlük notlar üzrə 0,31 faiz artaraq, 7.16%, 168 günlük notlar üzrə 0,65 faiz artaraq 7.5%, 252 günlük notlar üzrə isə 0,32 faiz artaraq 7.71% təşkil edib.