BAKI, 26 may. TELEQRAF

Bu ilin yanvar-mart aylarında Azərbaycanda tikinti sahəsi üzrə məhsul buraxılışında ən çox artım Şirvan-Salyan iqtisadi rayonunda qeydə alınıb.

Teleqraf xəbər verir ki, rüb ərzində buraxılan məhsul əvvəlki ilin eyni dövrü ilə müqayisədə 50,7 faiz artıb.

İqtisadi rayonlar arasında sözügedən sektorda ən aşağı istehsal Gəncə-Daşkəsən iqtisadi rayonunda qeydə alınıb. Yanvar-mart aylarında bu sahədə istehsal ötən ilə nisbətən 66,1 faiz azalıb.

Əlavə olaraq bildirək ki, Bakı şəhərində tikinti sahəsi üzrə məhsul buraxılışı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,9 faiz artıb. Ümumilikdə, Azərbaycan üzrə isə bu göstərici 3,8 faiz azalıb.