BAKI, 24 may. TELEQRAF
2025-ci ilin yanvar-mart aylarında ölkə əhalisi restoranlara 561 milyon 280 min manat xərcləyib.
Teleqraf Dövlət Statistika Komitəsinin məlumatına əsasən xəbər verir ki, ölkə üzrə iaşə dövriyyəsində ən yüksək göstərici Bakı şəhərində qeydə alınıb. Paytaxtda iaşə dövriyyəsi 399 milyon 587,9 min manat təşkil edib ki, bu da ümumi dövriyyənin təxminən 71 faizinə bərabərdir.
Naxçıvanda dövriyyə 12 milyon 527,6 min manat, Abşeron-Xızı iqtisadi rayonunda 19 milyon 858,4 min manat, Dağlıq Şirvan iqtisadi rayonunda isə 6 milyon 94,8 min manat olub.
Gəncə-Daşkəsən iqtisadi rayonu üzrə dövriyyə 21 milyon 334,5 min manat, Qarabağ iqtisadi rayonunda 9 milyon 693,9 min manat, Qazax-Tovuz iqtisadi rayonunda isə 6 milyon 567,5 min manat təşkil edib.
Quba-Xaçmaz iqtisadi rayonunda iaşə dövriyyəsinin dəyəri 17 milyon 278,4 min manat, Lənkəran-Astara iqtisadi rayonunda 19 milyon 104,2 min manat, Mərkəzi Aran iqtisadi rayonunda 19 milyon 614,3 min manat, Mil-Muğan iqtisadi rayonunda isə 5 milyon 749,5 min manat təşkil edib.
Şəki-Zaqatala iqtisadi rayonunda bu göstərici 13 milyon 373,1 min manat, Şərqi Zəngəzur iqtisadi rayonunda 238,2 min manat, Şirvan-Salyan iqtisadi rayonunda isə 10 milyon 257,7 min manat olub.