BAKI, 22 may. TELEQRAF

Ağdam Regional Rəqəmsal İdarəetmə Mərkəzi və Təlim Tədris Kompleksində Ümummilli Lider Heydər Əliyevin 102-ci ildönümünə həsr olunmuş “Paylayıcı Şəbəkələrin Gənc Mütəxəssislərinin Peşə Ustalığı” yarışının ilk gününün qalibləri bəlli olub.

Teleqraf-ın Ağdama ezam edilən müxbirinin verdiyi xəbərə görə, birinci yerə "Aran" komandası layiq görülüb.

İkinci yerə "Şimal-Qərb", üçüncü yerə isə "Odlar yurdu" komandası çıxıb.

İlk üç yeri tutan komandalara mükafatlar təqdim olub.

Qeyd edək ki, müsabiqənin ikinci günü sabah Hadrutda baş tutacaq.