BAKI, 19 may. TELEQRAF
Avropa Komissiyası "Brent" markalı neftin qiymətinin 2025-ci ildə bir barel üçün 67,7 dollara, 2026-cı ildə isə 64 dollara düşəcəyini gözləyir.
Teleqraf xəbər verir ki, bu qiymətləndirmə Avropa Komissiyasının yaz proqnozunda yer alıb.
Komissiyadan bildirilib ki, neftin qiymətinin azalmasına təsir edən əsas amil ABŞ-nin ticarət tarifləri ilə bağlı qeyri-müəyyənlikdir.
Qeyd edək ki, Avropa Komissiyasının payız proqnozları müvafiq olaraq 73,1 və 71,5 dollar təşkil edib.