BAKI, 15 may. TELEQRAF

Bu ilin yanvar-aprel aylarında metro ilə 73 milyon 324,8 min sərnişin daşınıb.

Dövlət Statistika Komitəsindən Teleqraf-a verilən məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 0,9 faiz azdır.

Bildirilib ki, avtobusla daşınan sərnişinlərin sayı 556 milyon 586,8 min nəfərə çatıb. Bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,9% artım deməkdir.

Taksidən istifadə edən sərnişinlərin sayında isə azalma müşahidə olunub. Hesabat dövründə 25 milyon 514 min nəfər taksidən istifadə edib. Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,1% azdır.