BAKI, 14 may. TELEQRAF
Bu ilin yanvar-mart ayları ərzində təbii inhisar subyektlərinin göstərdiyi xidmətlərlə əlaqədar baxılmış 435 müraciətin 50%-dən çoxu təmin edilib.
Antinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyindən Teleqraf-a verilən məlumata görə təbii inhisar subyektlərinin xidmətləri üzrə 435 müraciətə baxılıb, 221-i təmin edilib.
Rabitə xidməti üzrə – 260, qaz təchizatı xidməti üzrə – 41, içməli su xidməti üzrə – 27, elektrik enerjisi xidməti üzrə – 24, istilik enerjisi xidməti üzrə – 11, dəmir yolu nəqliyyatı xidməti üzrə – 11, hava yolu nəqliyyatı xidməti üzrə – 5, poçt xidməti üzrə – 2, kanalizasiya xidməti üzrə – 1 və digər sahələr üzrə – 53 müraciət olub.