BAKI, 12 may. TELEQRAF

Bazar subyektləri tərəfindən haqsız rəqabətə yol verilməsi ilə əlaqədar Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən baxılmış müraciətlərin sayı artıb.

Agentlikdən Teleqraf-a verilən məlumata görə, cari ilin yanvar-mart ayları ərzində baxılmış müraciətlərin sayında ötən ilin müvafiq dövrü ilə müqayisədə 48%-dək artım qeydə alınıb.

Baxılmış müraciətlərin sahələr üzrə bölgüsünə nəzər yetirdikdə isə ən çox müraciətin “Digər” (14 müraciət), “Ticarət” (11 müraciət) və “Xidmət” (10 müraciət) sahələri üzrə olduğu görünür. Ən az müraciət isə hər biri üzrə 1 müraciət olmaqla “Qida”, “Rabitə xidməti” və “Turizm xidməti” sahələrindən daxil olub.

Qeyd edək ki, ötən ilin müvafiq dövründə 40, bu il isə 59 müraciətə baxılıb.