BAKI, 8 may. TELEQRAF

Böyükşor-Pirşağı yeni avtomobil yolunun 1,3-cü km-lik hissəsində yeni yerüstü piyada keçidinin tikintisi ilə əlaqədar olaraq hərəkət müvəqqəti olaraq məhdudlaşdırılacaq.

Avtomobil Yolları dövlət Agentliyindən Teleqraf-a verilən məlumata görə hərəkətin məhdudlaşdırılması 10 may tarixində səhər saat 09:00-dan başlayaraq bir-neçə saat ərzində qüvvədə olacaq.

Qeyd edək ki, hərəkətin məhdudlaşdırılması ilə əlaqədar olaraq ərazidə sürücülərə alternativ yol ilə rahat və təhlükəsiz hərəkət təmin olunacaq.