BAKI. 7 may. TELEQRAF

Bakı Olimpiya Stadionunun yaxınlığında yerləşən elektrikdoldurma məntəqəsi inşa olunanda onun yerləşdiyi ərazidə yağış sularının kənarlaşdırılması üçün nəzərdə tutulan drenaj sistemi qurulmayıb.

Bu barədə Teleqraf-a İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib.

Bildirilib ki, bu səbəbdən sahibkarlıq subyektinin ərazisində intensiv yağıntılar zamanı yığılan su axıb gedə bilmir. Belə hallarda drenaj sistemi qurulamayan ərazilərdə müvafiq rayon sukanal idarəsi xidmət göstərməkdə çətinlik çəkir. Buna baxmayaraq, bu gün qeyd olunan ərazidən yağış sularının kənarlaşdırılması üçün Xidmətin texnikaları cəlb edilib, 80 kubmetrdən çox su ərazidən təmizlənib.