BAKI, 6 may. TELEQRAF
Azərbaycanda unun topdansatış qiymətləri açıqlanıb.
Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyindən Teleqraf-a verilən məlumata görə, mayın 5-də Azərbaycandakı un istehsalçılarının topdansatış məntəqələrində 50 kq-lıq un kisəsinin satış qiyməti 26.6-28.2 manat, həmçinin Bakı şəhərində və Abşeron rayonunda 27-27,4 manat ətrafında dəyişib.
Qeyd edək ki, Azərbaycanda unun ən aşağı topdansatış qiyməti 26,6 manat Şabranda, ən yüksək topdansatış qiyməti 28,2 manat Gəncədə qeydə alınıb.