BAKI, 5 may. TELEQRAF

Quba rayonunda intensiv yağıntılar nəticəsində yaranmış güclü sel sularının qəzalı vəziyyətə saldığı körpü müvəqqəti bərpa olunub.

Avtomobil Yolları Dövlət Agentliyindən Teleqraf-a verilən məlumat a görə artıq işlər yekunlaşdığından körpü ilə hərəkət bərpa olunub. Qısa müddət ərzində sözügedən körpünün yanında yeni avtomobil körpüsünün inşasına da start veriləcək.

Qeyd edək ki, bir-neçə gün bundan öncə sel suları nəticəsində Quba-Qonaqkənd-Muçu avtomobil yolunun 7-ci kilometrində Qaraçay çayı üzərində 101 metr uzunluğa malik körpünün 4 nömrəli dayağının şaquli oxdan çıxararaq əyilməsi prosesi baş vermişdi.