BAKI, 22 aprel. TELEQRAF

ABŞ Federal Ehtiyat Sisteminin (FES) faiz qərarını açıqlaması gözlənilir.

Teleqraf xəbər verir ki, FES-in növbəti iclası 6-7 may tarixlərində keçiriləcək. Faiz qərarı isə mayın 7-də saat 22:00-da açıqlanacaq.

“Bizim vəzifəmiz uzunmüddətli inflyasiya gözləntilərini sabit saxlamaq və qiymətlərdəki müvəqqəti artımların daimi inflyasiyaya çevrilməsinin qarşısını almaqdır”, - deyə FES sədri Cerom Pauell qeyd edib.

ABŞ Prezidenti Donald Tramp isə bir daha FES sədri Cerom Pauellə faiz dərəcələrinin aşağı salınması ilə bağlı çağırış edib və əks halda iqtisadiyyatda yavaşlama ola biləcəyini bildirib.

Qeyd edək ki, FES yanvar və mart aylarında keçirilən iclaslarda faiz dərəcəsinin sabit saxlanılması qərarını vermişdi.