BAKI, 17 aprel. TELEQRAF
Hesablama Palatası "Kliniki Tibbi Mərkəz"ə ayrılmış dövlət vəsaitinin və əmlakının idarə olunmasına dair audit keçirib.
Teleqraf Hesablama Palatasın-a əsasən xəbər verir ki, 2025-ci ildə aparılan audit zamanı xəstəxananın smeta tərtibi, vəsaitlərin istifadəsi və tibbi xidmətlərin təşkili sahəsində ciddi uyğunsuzluqlar müəyyən olunub.
Xəstəxanada tibbi heyət və xaricdə təhsil almış mütəxəssislərə verilən əlavələr, göstərilən əlavə xidmətlərdən əldə edilən gəlirlər smetaya daxil edilməyib. Həmçinin bəzi hallarda bir tibb müəssisəsinə ayrılan vəsaitlərin digər müəssisələrin xərclərinə yönəldildiyi aşkar olunub.
297,1 min manat dәyәrindә dәrman vasitәlәri vә tibbi lәvazimatlar istifadә müddәti әrzindә istifadә edilməyib. Beləliklə də dövlәt vәsaitlәrinin sәmәrәli icrası tәmin olunmayıb. Elәcә dә, tibbi sәrfiyyatla bağlı normaların vә hesabatlılığın tәlәblәrinә әmәl olunmaması artıq vәsait icrasına sәbәb olub. Hәmçinin hәkim tәyinatı olmadan dәrman vasitәlәrinin silinmәsi әmlakın istifadәsi vә әhalinin sağlamlığının qorunması istiqamәtindә risklәr formalaşıb.
İcbari tibbi sığorta xidmətləri zərfi çərçivəsində göstərilən tibbi xidmətlərin ekspertizasının nəticələri göstərir ki, 2022-2023-cü illәrdә ümumilikdә 2025966 sayda vә 54310,7 min manat dәyәrindә xidmәt göstәrilib. Aparılmış ekspertiza nәticәsindә 1708074 sayda xidmәtin 47209,4 min manat mәblәğindә dәyәrinin ödәnilmәsinә qәrar verilib.
Әsassız sayılan hissә xidmәtlәr üzrә 15,7%, mәblәğә münasibәtdә isә 13,1% tәşkil edilib. Qeyd edәk ki, ekspertizadan keçmәyәn xidmәtlәrin cәmi xidmәtlәrdә xüsusi payı 2023-cü ildә 2022-ci illә müqayisәdә azalıb.TƏBİB ilə xәstәxana arasında bağlanmış müqavilәnin şәrtlәrindә әks olunmuş zaman tәnzimlәmәlәrinә әmәl edilməyib, xidmәtlәrin dәyәri gecikmәlәrlә ödәnilib.
Belә ki, 2022- ci ildә ekspertizadan keçmiş vә dәyәrinin ödәnilmәsi üçün qәbul olunmuş xidmәtlәrin 17356,5 min manat dәyәrinin 28,3%-i, 2023-cü ildә 29852,9 min manat dәyәrinin 40,1%-i növbәti ildә ödәnilib.