BAKI, 17 aprel. TELEQRAF
“Bakı Metropoliteni” QSC “Qırmızı” və “Yaşıl” metro xətlərində yerləşən şaxtalar səsboğucularla təmin edəcək.
Teleqraf xəbər verir ki, qurum bu iş üçün 354.276,06 manat vəsait xərcləməyi planlaşdırır.
Qeyd edək ki, elan edilən tenderdə iştirak etmək istəyən şirkətlər təkliflərini 8 mayadək təqdim etməlidirlər. Həmin gün həm də təklif zərflərinin açılışı həyata keçiriləcək.