BAKI, 11 aprel. TELEQRAF

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi "Asan xidmət", "ASAN Kommunal" mərkəzlərinə və KOB Evlərinə bu ilin birinci rübündə daxil olan müraciətlərin xidmət növlərinə görə statistikasını açıqlayıb.

Agentlikdən Teleqraf-a verilən məlumata görə, satatistikaya görə 14 xidmət istiqaməti üzrə 43971 müraciət daxil olub. Bunlardan 42373 müraciətə baxılıb və xidmət göstərilib. 1598 müraciət isə müəyyən səbəblərdən ləğv və ya imtina edilib.