BAKI, 10 aprel. TELEQRAF
Bu ilin yanvar və fevral aylarında reklam qanunvericiliyinə dair baxılan müraciətlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 35%-dən çox artaraq 31-dən 42-yə yüksəlib.
Teleqraf xəbər verir ki, bu barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi reklam qanunvericiliyinə nəzarət sahəsində 2025-ci ilin ilk iki ayında görülmüş işlərə dair statistik məlumatlarda bildirilir.
Hesabat dövründə təmin edilən müraciətlərin sayı da 20% artaraq 10-dan 12-yə çatıb. Bu artım, reklam sahəsində hüquq pozuntularına qarşı nəzarət tədbirlərinin gücləndirildiyini və vətəndaş müraciətlərinə daha operativ yanaşıldığını göstərir.
Qeyd edək ki, reklam qanunvericiliyinə nəzarət istehlakçıları çaşdırmağa yönəlmiş fəaliyyətlərin qarşısını alır, məhsul və xidmətlər barədə zəruri və düzgün məlumatların təqdim olunmasını təşviq edir, istehlakçıların sərbəst seçim etməsinə şərait yaradır.