
BAKI, 8 aprel. TELEQRAF
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) 2025-ci il üzrə nümunəli xüsusi defisit “icazə” blanklarının mübadilə və qalıq sayını açıqlayıb.
AYNA-dan Teleqraf-a bildirilib ki, 8 aprel 2025-ci il tarixinə olan göstəricilərə əsasən, ümumilikdə 5800 ədəd “icazə” blankı mübadilə olunub.
Rusiya Federasiyası ilə bağlı olaraq, İranla daşımalar üçün nəzərdə tutulan 3000 “icazə” blankından 200 ədədi, məhdudiyyətsiz beynəlxalq daşımalar üçün ayrılmış 2600 blankdan 560 ədədi, Avropa Birliyi ölkələrinə və bu ölkələrdən olan daşımalar üçün nəzərdə tutulmuş 200 blankdan isə 145 ədədi qalıb.
Qeyd edək ki, Qazaxıstan Respublikasından və ya 3-cü ölkəyə beynəlxalq yük daşımaları üçün nəzərdə tutulan 1500 “icazə” blankından isə 233 ədəd qalıb.