BAKI, 20 mart. TELEQRAF

Fevral ayının 1-ə olan göstəriciyə görə, ölkədə iqtisadi fəaliyyət və mülkiyyət növləri üzrə muzdla çalışan işçilərin sayı 1 milyon 757 min nəfər təşkil edib.

Dövlət Statistika Komitəsindən Teleqraf-a verilən məlumata görə, onların 879,5 min nəfəri dövlət sektorunda, 877,5 min nəfəri isə qeyri-dövlət sektorunda çalışır.

Ən çox işçi təhsil, ticarət, emal sənayesi və səhiyyə sahələrində fəaliyyət göstərir.

Belə ki, təhsil sektorunda 328,6 min nəfər, ticarət sektorunda 328,1 min nəfər işçi çalışır. 149,3 min nəfər səhiyyə sahəsində, 131,5 min nəfər isə emal sənayesi sektorunda fəaliyyət göstərir.Turistlərin yerləşdirilməsi və ictimai iaşə sektorunda işləyənlərin sayı 61 min nəfət təşkil edir.