BAKI, 19 mart. TELEQRAF

Yerüstü Nəqliyyat Agentliyi beynəlxalq avtomobil yük daşımaları üçün mübadilə edilmiş 2025-ci il nümunəli xüsusi defisit “İcazə” blanklarının bu günə olan qalıq sayını açıqlayıb.

Agentlikdən Teleqraf-a verilən məlumata görə, Rusiya istiqamətində 3-cü ölkəyə və ya 3-cü ölkədən beynəlxalq yük daşımaları üçün müxtəlif kateqoriyalar üzrə icazə blankları mövcuddur.

Belə ki, İrana və ya İrandan olan daşımaları üçün bu say 196, məhdudiyyətsiz daşımalar üçün 581, yalnız Avropa Birliyi ölkələrinə və ya bu ölkələrdən olan daşımalar üçün isə 154 təşkil edib.

Qazaxıstan istiqamətində 3-cü ölkəyə və ya 3-cü ölkədən beynəlxalq yük daşımaları üçün ayrılmış icazə blanklarının sayı isə 491 ədəddir.