BAKI, 19 mart. TELEQRAF

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi ixraca nəzarət etmək üçün bayram günlərində də fəaliyyət göstərəcək.

Agentlikdən Teleqraf-a verilən məlumata görə, qurum sahibkarlıq subyektlərinə müraciət edərək bildirib ki, ixrac olunan malların mənşə ölkəsinin müəyyən edilməsi üzrə ekspertizaların keçirilməsi və bu ekspertizaların nəticələrinə uyğun olaraq mənşə sertifikatlarının verilməsində fasiləsizliyin təmin edilməsi məqsədilə bayram günlərində də fəaliyyət davam etdiriləcək.

Belə ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi (yalnız Bakı KOB Evində göstərilən xidmətlər üzrə) və onun regional bölmələri, həmçinin İstehlak Mallarının Ekspertizası Mərkəzi və onun regional bölmələri qeyri-iş günləri olan 22, 24, 26 və 29 mart 2025-ci il tarixlərində fəaliyyət göstərəcək.

Qeyd edilən tarixlərdə sahibkarlar, iş günlərində olduğu kimi, Agentliyin mərkəzi və regional bölmələrinə müraciət edərək xidmətlərdən yararlana bilərlər.