
BAKI, 27 fevral. TELEQRAF
Dövlət İmtahan Mərkəzi yeməklərin hazırlanması və çatdırılması xidmətlərinin satın alınması ilə əlaqədar açıq tender elan edib.
Teleqraf xəbər verir ki, tenderdə qapalı rejimdə səhər, nahar və şam yeməyi, eyni zamanda müxtəlif tədbirlər üçün keytrinq xidməti, çay fasiləsi və furşetlər nəzərdə tutulub.
Satınalmanın ehtimal olunan qiyməti isə 138 min 559 manatdır.
Tenderdə iştirak haqqı isə 250 AZN-dir.
Qeyd edək ki, təkliflərin son təqdimolunma tarixi aprelin 1-dir. Zərflər də həmin gün açılacaq.