BAKI,19 fevral. TELEQRAF
2024-cü ildə nəqliyyat dəhlizləri vasitəsilə ümumilikdə 33 milyon 258 min ton yük daşınıb.
Teleqraf Dövlət Statistika Komitəsinə əsasən məlumat verir ki, bu göstərici əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,4 faiz artıb.
Ötən il Şərq-Qərb nəqliyyat dəhlizi ilə 16 milyon 982,4 min ton, o cümlədən Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi ilə 8 milyon 322,3 min ton, Şimal-Cənub dəhlizi ilə 9 milyon 896,5 min ton, Şimal-Qərb dəhlizi ilə 5 milyon 984,9 min ton, Cənub-Qərb dəhlizi ilə isə 394,2 min ton yük daşınıb.
Yüklərin 46 faizi (15 milyon 277,6 min ton) dəmir yolu, 30,3 faizi (10 milyon 90 min ton) avtomobil, 23,7 faizi (7 milyon 890,4 min ton) isə dəniz nəqliyyatı ilə daşınıb.
Qeyd edək ki, nəqliyyat dəhlizləri vasitəsilə daşınan yüklərin 56,6 faizini və ya 18 milyon 840,1 min tonunu tranzit yüklər təşkil edib.