BAKI, 4 sentyabr. TELEQRAF

“Telegram” mesajlaşma tətbiqi üzərindən həyata keçirilən yeni kiberhücum dalğası ilə bağlı Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Zərərverici Analizi Laboratoriyası (MRLab) tərəfindən araşdırma başladılıb.

Bu barədə Teleqraf-a Xidmətdən məlumat verilib.

Bildirilib ki, hazırda kibercinayətkarların müəyyənləşdirilməsi, həmçinin insidentlərin miqyası və təsirinin qiymətləndirilməsi istiqamətində MRLab tərəfindən tədqiqat işləri davam etdirilir.

İlkin araşdırma nəticələri ilə bağlı XRİTDX-nin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin (CERT) saytında tanış ola bilərsiniz.