BAKI, 6 oktyabr. TELEQRAF
ABŞ prezidenti Donald Tramp UFC döyüşünün 2026-cı il iyunun 14-də Ağ Evin ərazisində baş tutacağını açıqlayıb.
Teleqraf xəbər verir ki, Tramp bu barədə Virciniya ştatında Hərbi Dəniz Qüvvələrinin paradında çıxışı zamanı bildirib.
“Gələn il iyunun 14-də Ağ Evin ərazisində böyük bir UFC döyüşü keçiriləcək”, – deyə prezident vurğulayıb.
Qeyd edək ki, iyunun 14-ü həmçinin Donald Trampın ad günüdür. 2026-cı ildə ABŞ liderinin 80 yaşı tamam olacaq.