XANKƏNDİ, 4 oktyabr. TELEQRAF

III MDB Oyunları çərçivəsində bu gün Xankəndi şəhər stadionunda keçirilən kamandan oxatma idman növü üzrə yarışların komanda və qarışıq komanda mərhələlərinə yekun vurulub.

Teleqraf-ın Xankəndiyə ezam olunmuş əməkdaşı xəbər verir ki, gün ərzində Azərbaycan yığma komandası yüksək əzmkarlıq nümayiş etdirərək bütün qarşılaşmalarda sona qədər mübarizə aparıb.

Yarışların həlledici mərhələsi sabah baş tutacaq. Final günündə qadınlardan ibarət yığma komandamız bürünc medal uğrunda Belarus idmançılarına qarşı mübarizə aparacaq.