BAKI, 4 oktyabr. TELEQRAF
III MDB Oyunları çərçivəsində Gəncə İdman Sarayında qılıncoynatma üzrə yarışlar davam edir.
Teleqraf xəbər verir ki, azərbaycanlı idmançılar Abbas Hüseynov, Nahid Məmmədli, Rəsul Əliyev və Timur Hüsnəddinovdanibarət millimiz 1/4 finalda Belarus yığmasına 45:40 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib.
Bu mərhələdə Rusiya komandasına rəqib olansablyaçılarımız 32:45 hesabı ilə uduzub və bürün mükafata sahib çıxıb.