BAKI, 3 oktyabr. TELEQRAF

Batut gimnastikası üzrə Azərbaycan yığmasının üzvü Maqsud Mahsudov III MDB Oyunlarında qızıl medal qazanıb.

Teleqraf xəbər verir ki, o, kişilərin fərdi yarışında 60.190 xal toplayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

***

12:51

Batut gimnastikası üzrə Azərbaycan yığmasının üzvü Selcan Mahsudova III MDB Oyunlarında bürünc medal qazanıb.

Teleqraf xəbər verir ki, o, qadınların fərdi yarışında 56.040 xal toplayaraq fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Belaruslu Yana Lebedova 57.710 xalla qızıl, rusiyalı Ancela Bladçeva isə 57.660 xalla gümüş medal əldə edib.