QƏBƏLƏ, 1 oktyabr. TELEQRAF
Futbol üzrə Azərbaycanın U-16 millisinin III MDB Oyunları çərçivəsində keçirilən turnirin finalındakı rəqibi müəyyənləşib.
Teleqraf xəbər verir ki, Aqil Nəbiyevin rəhbərlik etdiyi yığma həlledici görüşdə Rusiya seçməsi ilə qarşılaşacaq.
Rusiyalı futbolçulsr B qrupunun ikinci oyununda Özbəkistanı 2:1 hesabı ilə üstələyib.
Qeyd edək ki, Azərbaycan - Rusiya oyunu oktyabrın 4-də keçiriləcək.