QƏBƏLƏ, 1 oktyabr. TELEQRAF
“Biz qarşılanmadan, isti münasibətdən, təşkilatçılıqdan çox razı qaldıq”.
Teleqraf xəbər verir ki, bunu Rusiyanın idman nazirinin müavini Aleksey Morozov Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunları barədə jurnalistlərə açıqlamasında deyib.
O, bölgələrdə idmançılar üçün yaradılan şəraitin yüksək səviyyədə olduğunu söyləyib: “Burada hər şey qüsursuzdur. Ən əsası, nəqliyyat problemimiz yoxdur. İdmançılar, məşqçilər əla otellərdə yerləşdiriliblər, qidalanma isə möhtəşəmdir. Açılış mərasimi yaxşı mənada hamını təəccübləndirdi. Hamının çox xoşuna gəldi”.
Nazir müavini Rusiya komandasının Oyunlardakı nəticələri barədə də danışıb: “Açığı, gözlədiyimizdən daha çox medal qazandıq. Nəticələri yaxşı qiymətləndiririk. Hər idman növündə maraqlı və iddialı rəqiblər var. Bu turnir idmançılarımız üçün böyük sınaqdır”.
Qeyd edək ki, III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.