GƏNCƏ, 30 sentyabr. TELEQRAF
Azərbaycanın 17 yaşadək oğlanlardan ibarət voleybol millisi III MDB Oyunlarına qələbə ilə başlayıb.
Teleqraf xəbər verir ki, yığma komanda A qrupunun oyununda Qırğızıstan seçməsi ilə üz-üzə gəlib.
Gəncə İdman Sarayında təşkil olunan görüş millimizin 3:0 (25:16, 25:20, 30:28) hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, günün ilk görüşündə Rusiya yığması Özbəkistanı 3:1 hesabı ilə üstələyib.