BAKI, 30 sentyabr. TELEQRAF

Gəncə İdman Sarayında III MDB Oyunlarıçərçivəsində üzgüçülük yarışları davam edir.

Teleqraf xəbər verir ki, 4x200 metr məsafəyə sərbəst üsulla üzməkdə Azərbaycan üzgüçüləri Oqtay Hüseynov, YeqorMaynitskiy, Fərhad Şirməmmədli və Süleyman İsmayılzadə bürünc mükafat əldə edib.

Rusiya idmançıları qızıl, Qazaxıstan üzgüçüləri isəgümüş medala sahib çıxıblar.

***
11:16

Gəncə İdman Sarayında III MDB Oyunları çərçivəsində üzgüçülük yarışları davam edir.

Teleqraf xəbər verir ki, bu gün keçirilən 400 metr məsafədə qarışıq üsulla üzməkdə azərbaycanlı üzgüçü Oqtay Hüseynov birinci yeri tutub.

Rusiyalı İlya Yamşanov gümüş, belaruslu Maksim Malışka isə bürünc medala sahib çıxıb.

Bundan başqa, 200 metr məsafəyə bras üsulu ilə üzməkdə azərbaycanlı üzgüçü Yeqor Maynitskiy üçüncü yeri tutub. Rusiyalı İlya Yamşanov qızıl, Balarusdan olan Maksim Malışka gümüş medal qazanıb.

***

10:56

Azərbaycan üzgüçüləri III MDB Oyunlarında ilk qızıl medalı qazanıb.

Teleqraf xəbər verir ki, Gəncə İdman Sarayında keçirilən yarışlarda Oqtay Hüseynov 400 metr məsafəyə qarışıq üzmə yarışında rəqiblərini qabaqlayıb.

Rusiya təmsilçisi İliya Yamşanov ikinci, belaruslu Maksim Malişka isə üçüncü olub.

Azərbaycanın digər üzgüçüsü Yeqor Maynitski isə 200 metr məsafəyə bras üsulu ilə üzmədə bürünc medala sahib çıxıb.