GƏNCƏ, 29 sentyabr. TELEQRAF

Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunlarında voleybol yarışları davam edir.

Teleqraf xəbər verir ki, Gəncə İdman Sarayında təşkil olunan turnirin ikinci oyununda A qrupunda mübarizə aparan 15 yaşadək qızlardan ibarət Azərbaycan yığması ilə Tacikistan seçməsi qarşılaşıb.

Görüş millimizin inamlı qələbəsi ilə başa çatıb - 3:0 (25:9, 25:14, 25:13).

Qeyd edək, Azərbaycan millisi növbəti oyununu oktyabrın 3-də Özbəkistana qarşı keçirəcək.