BAKI, 29 sentyabr. TELEQRAF
III MDB Oyunları çərçivəsində Qəbələ atıcılıq mərkəzində keçirilən atıcılıq üzrə yarışlar davam edir.
Teleqraf xəbər verir ki, Azərbaycan idmançısı Mürtəza Novruzlu stend atıcılığında (trap növü) ikinci olub.
Özbəkistanlı Azamat Kayumov qızıl medal sahibi olub. Rusiyalı Kiril Baqrov isə üçüncü yeri tutub.
Qeyd edək ki, daha öncə Azərbaycan atıcısı Nərmin Cəfərova III MDB Oyunlarında gümüş medal qazanmışdır.